İranda Trampa cinayət işi açıldı - İNTERPOLA MÜRACİƏT EDİLDİ

  • By admin
  • 29 İyun 2020 22:14

 

İran prokurorluğu ABŞ prezidentinə cinayət işi açıb.

Gununsesi.org-un xəbərinə görə, prokurorluğun açıqlamasında qeyd olunur ki,  İran Bağdadda bir generalının pilotsuz təyyarə ilə öldürülmüsində məsuliyyət daşıyan prezident Donald Trampın və onlarla başqasının həbsinə qərar verib və İnterpoldan onların ələ keçirilməsində yardım etməsini istəyib.

Trampın həbs təhlükəsi olmasa da, bu qərar İranla ABŞ arasındakı gərginliyin dərinliyinə işarədir. Gərginlik Trampın Birləşmiş Ştastların birtərəfli qaydada Tehranın dünya gücləri ilə nüvə sazişindən çıxmasından sonra artıb.

Tehran prokuroru Əli Əlqasimər Tramp və yanvarın 3-də Bağdadda İran generalı Qasım Süleymaninin öldürülməsində əli olmaqda günahlandırılan 30-dan çox insan “qətl və terror ittihamı” ilə üzləşdiyini deyib.

Əlqasimər Trampdan başqa axtarışda olan digərlərinin adını çəkməyib. Lakin o, prezidentlik müddəti bitdikdən sonra belə İranın onu təqib edəcəyini vurğulayıb.

Baş qərargahı Fransanın Lion şəhərində yerləşən İnterpol İranın tələbi ilə bağlı şərh verməyib.

Əlqasimər İranın Tramp və digərlərinə qarşı İnterpolun ən yüksək – “qırmızı xəbərdarlıq” həbs tələbini çıxarılmasını istədiyini bildirilib.

Yerli rəsmilər həbsi tələb edən ölkə adından qərarı icra etməlidir. Bildirişlər ölkələri şübhəliləri həbs etmək və ya təhvil vermək və ya hökumət liderlərinin səyahət qadağasını təmin edə bilməz.