İranda təkfirçi qrupların 14 üzvi saxlanılıb

  • By admin
  • 27 May 2020 21:20

İranın Xuzestan əyalətinin Mahşəhr şəhərində təkfirçi qrupların 14 üzvi saxlanılıb. 

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, həbs olunan şəxslər Bəsic və polis qərargahlarına odlu silahlarla hücum etməkdə ittiham olunur.

Saxlanılan şəxslərdən 5 motosiklet və 12 mobil telefon müsadirə olunub.

Faktla bağlı cinayət işi açılıb. 9 nəfər haqqında həbs qərarı çıxarılıb. Digərlərinin işi ilə bağlı təhqiqat davam etdirilir.

 

Gununsesi.org