İranda son sutkada daha 57 nəfər pandemiyanın qurbanı oldu

  • By admin
  • 30 May 2020 14:25

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 57 nəfər vəfat edib.

Gununsesi.org xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 7734 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2282  yoluxma halı qeydə alınıb. İndiyə kimi COVID-19-a yoluxanların ümumi sayı isə 148950 nəfər təşkil edir.

İndiyədək xəstəlikdən 116827 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2533 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

 

 

Gununsesi.org