İranda sel 26 nəfərin həyatına son qoydu

  • By admin
  • 09 Aprel 2020 15:30

İranın cənubunda sel suları 26 nəfərin ölümünə səbəb olub.

Gununsesi.org bildirir ki, “Anadolu” agentliyinin məlumatına görə, bu barədə İran Təcili Yardım İdarəsinin sözçüsü Müctəba Xalidi açıqlama verib.

O bildirib ki, martın 22-dən bu günə qədər ölkədə sel fəlakəti nəticəsində 26 nəfər həyatını itirib.

M.Xalidi son 24 saat ərzində sel nəticəsində Yəzd əyalətində bir nəfərin öldüyü, birinin itkin düşdüyü, bir nəfərin isə yaralandığını bildirib.

İranın Cənub Şərqində martın 22-dən başlayan sel suları kənd təsərrüfatı və infrastruktura ciddi ziyan vurub.

Gununsesi.org