İranda növbəti parlament seçkilərinin vaxtı açıqlandı

  • By admin
  • 11 Noyabr 2019 22:30

İranda növbəti parlament seçkiləri 2020-ci ilin fevralın 21-də keçiriləcək.

Gununsesi.org xəbər verir ki, bunu açıqlamasında ölkənin Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib.

O, dekabrın 1-dən seçkilərdə iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanılacağını bildirib.

Qeyd edək ki, İranda namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq və seçkilərin keçirilməsi ölkənin Daxili İşlər Nazirliyi tərəfindən reallaşdırılır.

 

Gununsesi.org