İranda koronavirusdan ölənlərin sayı 8-ə çatdı, ölkənin 14 əyalətində karantin elan edildi

  • By admin
  • 23 Fevral 2020 16:59

İran İslam Respublikası ölkədə tüğyan edən koronavirus epidemiyasına qarşı kompleks tədbirlərə başladığını xəbər edib.

Gununsesiaz.info xarici agentliklərə istinadən xəbər verir ki, artıq “COVİD-19” virusundan ölənlərin sayı 19-a çatıb.

Ölkənin Səhiyyə nazirliyi virusla bağlı aparılan analizlərdə 43 nəfərdə müsbət nəticə verildiyni bildirib.
Nazirliyin mətbuat katibi Kianuş Cahanpur son sutka ərzində 15 nəfərdə yoluxma halını aşkar etdiklərini söyləyib.
Məlum olduğu kimi epidemiyanın episentri Qum şəhəri sayılır.

Preventiv tədbirlər çərçivəsində hakim orqanlar ölkənin 14 əyalətində bir həftəlik bütün təhsil və mədəniyyət idarələrində karantin elan edib.

Bunlar Qum, Mərkəzi, Gilan, Ərdəbil, Kirmanşah, Qəzvin, Zəncan, Mazandaran, Gülüstan, Həmədan, Əlbruz, Semnan, Kürdistan və paytaxt Tehrandır.
Qeyd etmək lazımdır ki, adları çəkilən vilayətlərin əksər hissəsi ölkənin şimalında yerləşir və respublikamıza yaxın bölgələrdir.

Səhiyyə Nazirliyi bütün bunların dezinfeksiya tədbirlərini aparılması çərçivəsində görülən işlərlə əlaqədar olduğunu qeyd edib.

 

 

Gununsesiaz.info