İranda koronavirusdan ölənlərin sayı 7 mini ötüb

  • By admin
  • 18 May 2020 14:20

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 69 nəfər vəfat edib.

Gununsesi.org-un məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 7057 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2294 yoluxma halı qeydə alınıb və indiyədək COVID-19-a yoluxanların ümumi sayı 122 492 nəfərə çatıb.

Ümumilikdə xəstəlikdən 95 661 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2712 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

 

 

Gununsesi.org