İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb

  • By admin
  • 29 Mart 2020 15:03

İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb. 

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, ötən sutka ərzində 2901 yeni virusa yoluxma faktı aşkarlanıb. Ölkə üzrə virusa yoluxanların ümumi sayı 38309 nəfər təşkil edir.

O qeyd edib ki, ötən sutka ərzində virusdan 123 nəfər həyatını itirib. Ölkə üzrə koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatib.

K. Cahanpur virusa yoluxmuş şəxslərdən 3467 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

O vurğulayıb ki, indiyədək 12391 nəfər xəstəlikdən sağalıb.

 

 

Gununsesi.org