İranda koronavirusa yoluxan nazir müavini sağaldı

  • By admin
  • 12 Mart 2020 16:16

İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi koronavirusdan sağalıb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Səid Nəmaki bildirib.

 

Hərirçinin koronavirusa yoluxması fevralın sonunda, COVID-19-un yayılmasına həsr olunan press-konfrans zamanı tez-tez alnını dəsmalla siləndən sonra məlum olub.

Nəmaki xüsusi nümayəndəsi olaraq oan 300 nəfərlik heyətlə İranın şəhər ətrafı ərazi və qəsəbələrinə gedərək, koronavirusla mübarizəyə nəzarət etməsini tapşırıb.

Gununsesi.org