İranda insanları 190 km. hündürlüyə qaldıra biləcək kapsulalar hazırlanır – Kosmosa uça bilmək...

  • By admin
  • 05 Fevral 2020 08:32

İran kosmonavtlar üçün kapsulaların hazırlanması üzərində işlər aparır.

İSNA xəbər verir ki, bunu İranın İnformasiya və Kommunikasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azari Cəhromi deyib.

“Biz bu gün bunu bəyan etməyə hazırıq. Elm Nazirliyinin araşdırma mərkəzinə üç il ərzində beş kosmik kapsulanın hazırlanması ilə bağlı tapşırıq vermişik. Bu kapsulalar insanları 190 kilometr hündürlüyə qaldıra biləcək”, – deyə nazir əlavə edib.

Gununsesi.org