İranda güclü sel və daşqınlar 12 can aldı

  • By admin
  • 24 Mart 2020 10:29

İranda ötən bir neçə gün boyunca güclü yağış və daşqınlar nəticəsində 12 nəfər ölüb.

Gununsesi.org-un məlumatına görə, bu İranın Təcili Yardım Təşkilatının məlumatında öz əksini tapıb.

Məlumata görə, bu şəxslər avtomobillərin daşqınlarda qalması, tunel çökməsi nəticəsində həlak olublar.

Məlumatda bildirilir ki, İranın 11 vilayətində – Hörmüzqan, Buşehr, Fars, Sistan və Bəluçestan, Qum, Gilan, Cənubi Xorasan, Rəzəvi Xorasanı, Mazandaran, Simnan və Kirman vilayətlərində 21 nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşüb.

Hazırda vilayətlərdə seldən zərərçəkənlərə yardımların göstərildiyi bildirilir.

Gununsesi.org