İranda daha 64 nәfәr koronavirusdan öldü

  • By admin
  • 02 İyun 2020 18:56

İranda ötәn sutka әrzindә daha 64 nәfәr koronavirusdan (COVID19) ölüb.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 7 942 nәfәrә yüksәlib.

Cahanpur әlavә edib ki, ötәn 24 saat әrzindә daha 3 117 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 157 562 nәfәrә çatıb. Virus daşıyıcılarından 2 565 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 123 077 nәfәrin koronavirusdan sağaldığını deyib. Bu günə qədər İranda 975 mindәn çox diaqnoz testi hәyata keçirilib.

Gununsesi.org