İranda daha 34 nəfər koronavirusdan vəfat etdi

  • By admin
  • 25 May 2020 14:27

İranda koronavirusa yoluxanların sayı artıb.

Gununsesi.org IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 023 nəfərdə koronavirus aşkarlandığını və bununla da yoluxma faktlarının sayı 137 724-ə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 34 nəfər artaraq 7 451 nəfərə yüksəlib.

O həmçinin 2 585 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 107 713 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

 

 

Gununsesi.org