İranda bir aylıq körpədə koronavirus aşkarlandı

  • By admin
  • 29 Mart 2020 14:37

İranın Rəzəvi Xorasan əyalətində yeni doğulmuş körpədə COVID-19 aşkarlanıb.

Gununsesi.org “Tasnim”ə istinadən xəbər verir ki, bunu ölkənin Tibb Elmləri Universitetinin rektoru Cavad Bazəli bildirib.

“Nəfəs çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilən 35 günlük körpədə koronavirus analizinin nəticələri pozitiv çıxıb”, – C.Bazəli bildirib.

O, həmçinin körpənin durumunun yaxşıya doğru getdiyini də vurğulayıb.

Qeyd edək ki, İranda ilk dəfə fevralın 19-da qeydə alınan koronavirus ölkədə 35 408 nəfərdə aşkarlanıb. İranda virus qurbanlarının sayı isə 2 500-ü ötüb.

 

 

Gununsesi.org