“İrana qarşı silah embarqosunun vaxtı uzadılsa, cavabımız ağır olacaq” - RUHANİ

  • By admin
  • 06 May 2020 15:29

İrana qarşı silah embarqosunun vaxtının uzadılmasının qarşı tərəf üçün ağır nəticələri olacaq”.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında deyib.

O qeyd edib ki, ABŞ İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planından (HBFP) çıxmasının yanlış olduğunu anlayıb.

“ABŞ hiss edir ki, yaxın aylarda həmin plana əsasən və BMT-nin 2231-ci qətnaməsinə uyğun olaraq, İrana qarşı tətbiq olunan silah embarqosu ləğv olunacaq və İran istədiyi silahları ala biləcək. Onlar HBFP-dan çıxdıqlarının yanlış olduğunu anladıqları üçün indi silah embarqosundan danışırlar. Əgər Planın və BMT qətnaməsinin tələbinə zidd olaraq silah embarqosunun vaxtını uzatmaq istəsələr, cavabımız ağır olacaq”, – H. Ruhani vurğulayıb.

 

 

Gununsesi.org