İran XİN Qarabağdakı qondarma “seçkilər” barədə: “Bölgədə gərginlik və ixtilafın artması…”

  • By admin
  • 31 Mart 2020 12:56

İranın Xarici İşlər Nazirliyinin Azərbaycanın işğal olunan ərazilərində keçirilməsi planlaşdırılan qondarma “prezident” və “parlament” seçkilərini pisləyib.

Gununsesi.org “Report”a istinadən xəbərinə görə, nazirliyin sözcüsü Seyid Abbas Musəvi deyib ki, İran İslam Respublikası bölgədə gərginlik və ixtilafın artmasına səbəb olan hər cür addımın əleyhinədir.

“Biz düşünürük ki, iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında ixtilafların həllini çətinləşdirən hər cür addımın atılmasından çəkinilməlidir”, – XİN rəsmisi vurğulayıb.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözcüsü sonda əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq qanun və prinsiplər çərçivəsində həll olunmalıdır.

Gununsesi.org