İran rejimi Abbas Lisaniyə işgəncə verir

  • By admin
  • 04 Fevral 2019 22:34

Professor Qulu Məhərrəmli özünün sosial şəbəkədəki hesabında İranda həbs edilən milli fəal Abbas Lisaniyə işgəncə verilməsi barədə xəbərlər paylaşıb.

Gununsesi.org Qulu Məhərrəmlinin qeydlərini təqdim edir:

Təbrizdən həyəcanlı xəbərlər gəlir… Hazırda Güney Azərbaycanda yüksələn MİLLİ hərəkatı boğmaq üçün İran rejimi repressiyaları gücləndirib. Rejim milli fəalları həbs edir və zindanlarda onları imcidir. Neçə gündür ki, həbs edilmiş milli fəal Abbas Lisaniyə də Tehranın Evin həbsxanasında işgəncə verilir. Mən Cənubi Azərbaycandakı soydaşlarımızın milli haqqını tələb edən Abbas Lisaninin həbsini pisləyir, soydaşlarımızın mübarizəsini dəstəkləyirəm.
Yəqin ki, FB dostlarımız arasında məmimlə eyni düşüncədə olanlar az deyil…