İran Hind okeanının şimalında raket sınaqdan keçirdi

  • By admin
  • 18 İyun 2020 15:47

Hind okeanının şimalında İran ordusu qısa və uzun mənzilli “Kruiz” raketlərini sınaqdan keçirilib.

Gununsesi.org Yeniavaz.com-a istinadən xəbər verir ki, İran ordusu Hind okeanının şimalı və Ərəbistan dənizini əhatə edən bir ərazidə hərbi təlimlər keçirib.

Təlim zamanı qısa və uzun mənzilli “Kruiz” raketlərinin qurudan dənizə və dənizdən dənizə əvvəlcədən təyin olunan hədəflərin 280 kilometr məsafədən uğurla vurduğu bildirilib.
Mayın 10-da İran Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində manevr etməsi zamanı səhvən hərbi gəminin vurulması nəticəsində ən azı 19 əsgər ölmüşdü.

Gununsesi.org