İran dünyanın ən böyük alış-veriş mərkəzini xəstəxanaya çevirdi 

İran dünyanın ən böyük alış-veriş mərkəzini xəstəxanaya çevirdi 

Qlobal pandemiya adlandırılan “COVİD-19”dan ən çox zərər görən ölkələrdən biri olan İran Tehranda yerləşən dünyanın ən böyük alış-veriş mərkəzini  xəstəxanaya çevirib.

Gununsesi.org xəbər verir ki, İran dövlət televiziyasında yer alan açıqlamaya görə, koronavirusa yoluxanların müalicəsi üçün dövlət  “İran Mall”u bir müddətlik xəstəxana kimi istifadə edəcək. 

Tehranın qərb hissəsində yerləşən mərkəzə 3 min çarpayı yerləşdirilib. 

Qeyd edək ki, İranda virusun qarşısını almaq üçün karantin müddətində iri ticarət mərkəzləri bağlanılıb. Son nəticələrə əsasən, ölkədə 27,017 nəfər virusa yoluxub, 2077 nəfər isə həyatını itirib.

Gununsesi.org

COMMENTS