İraklı heyvansevər aslanı evcilləşdirdiyini iddia edir - FOTO

  • By admin
  • 18 Sentyabr 2019 21:20
İraklı heyvansevər Bilend Birifkani 20 günlük olarkən qulluq etməyə başladığı bala aslanı aylardır evində bəsləyir. 
Gununsesi.org  xəbər verir ki, İrakın Duhok şəhərində yaşayan heyvansevər bir dostu tərəfindən ona hədiyyə edilən aslana 15 aydır gözü kimi baxdığını söyləyib. “Leo” adını verdiyi aslanın şəhər sakinləri tərəfindən qorxu ilə qarşılandığını deyən Birifkani “Kimisi başını oxşarkən kimisi də qorxaraq geri çəkilir” deyib.
Aslanı uşaqlarından ayırmadığını ifadə edən heyvansevər onun hayatının bir parçası olduğunu, hər gün gəzintiyə çıxardığını, idman zalından kafeyə qədər getdiyi hər yerə aslanı da apardığını vurğulayıb.
Aslana qulluq etməyin çətin olmadığını bildirən Birifkani “Onu yemək və su ilə təmin edirik, ancaq təlimi bir az çətindir. Aslanın evcilləşdirmək mövzusunda çox çətinlik yaşadıq, amma indi hər şey istədiyim kimidir” deyib.
Birifkani həmçinin aslanın qırmızı ət və çanlı toyuq yemədiyini dilə gətirərək “Leo sadəcə toyuq əti yeyir. Önünə qırmızı ət qoyuruq, ancaq yemir. Qırmızı ət yeməməsi onun yırtıcı olmamasını göstərir”deyib.
Gununsesi.org