İqtisadi böhran səyahətlərə mane olmayıb – TURİSTLƏR ARTIB!

  • By admin
  • 26 Dekabr 2016 16:55

turist

2016-cı ildə xarici turistlərin sayı artıb.

Gununsesi.info-nun Türkiyənin “ Akşam ” qəzetinə istinadən verdiyi xəbərə görə, 2016-cı ildə dünyada təhlükəsizliklə bağlı problemlər artsa da, bu turistlərin və səyahət etmək istəyənlərin artımına mane olmayıb.

Ümumdünya Turizm Təşkilatına (UNWTO) məlumatına görə, ötən 9 ay (yanvar-sentyabr) ərzində dünyada turistlərin sayı 3,7% artımla 956 milyon nəfərə çatıb. Bununla qlobal turist sayı rekord səviyyəyə qalxıb. 2015-ci il eyni dövrü ilə müqayisədə 922 milyon nəfərə olub.

Hazırda Avropa ölkələrinə gələn turistlərin sayı 1,6, Asiya və Sakit okean ölkələrinə gələn turistlərin sayı 9,3, Amerika ölkələrinə gələn turistlərin sayı 4,4, Afrika ölkələrinə gələn turistlərin sayı 8,4 artıb. Amma Orta şərqə gələn turistlərin sayı isə 6,4 azalıb.

Ən çox turist artım isə Cənubi Koreya, Vyetnam , Yaponiya və Şri-Lankada qeyd alınıb.

Anar

Gununsesi.info