İpoteka kreditlərin verilməsi tormuzlanıb - EKSPERT

  • By admin
  • 10 Avqust 2016 15:50
vuqar
Dövlət büdcəsindən maliyyələşən sosial ipoteka kreditlərinin verilməsi nisbətən qrafik üzrə getsə də adi ipoteka kreditlərin verilməsi tormuzlanıb.
Gununsesi.info xəbər verir ki, bu  fikri iqtisadş alim Vüqar Bayramov ipoteka bazarına baş verən prosesləri  şərh edərkən öz Facebook səhifəsində qeyd edib.
 Onun sözlərinə görə, 2016-ci ilin ilk yarısında cəmi 22 adi ipoteka krediti verilib. “Birinci rübdə 18 vətəndaşımız kredit ala bilsələrdə, ikinci rübdə cəmi 4 nəfər ev problemini bu yolla həll edib. Sosial ipoteka kreditlərindən faydalananlar isə ilk 6 ayda 236 mənzil ala biliblər. Göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən sosial ipoteka kreditlərinin verilməsi nisbətən qrafik üzrə getsə də adi ipoteka kreditlərin verilməsi tormuzlanıb. Adi ipoteka kreditləri üçün əsas maliyyə mənbəyi kimi çıxış edən istiqrazların yerləşdirilməsi isə fond tərəfindən ötən ilin dekabrında baş verib”-deyə, V.Bayramov vurğulayıb.
O əlavə edib ki, istiqrazlar yerləşdirilmədiyi üçün adi ipoteka kreditlərinin verilməsi üçün fond pul tapa bilməyib: “Fondun əsasnaməsinin təsdiq edilməməsi də onun fəaliyyətinin genişləndirilməsin imkan vermir. İpoteka kreditləşməsinin sosial əhəmiyyətini nəzərə alaraq təbii ki, adi ipoteka kreditlərinin verilməsinin bərpa edilməsi çox vacibdir”. İqtisadşı alim təəssüflə bildirib  ki, ilin bitməsinə 5 aydan az vaxtın qalmasına baxmayaraq hələlik kreditləşmə bərpa edilməyib. “Bu arada İpoteka Fondunun hesabatından bəlli olur ki, fondun ən çox güvəndiyi bank, bu yaxınlarda müflis elan edilən Zamin Bank olub. İndiyədək fondun dəstəyi ilə 1631 ipoteka kreditini maliyyələşdirən Zamin Bank bank sektorunda artıq olmasa da belə və nə qədər qəribə olsa da ipoteka kreditləşməsində liderdir. 2006-cı ildə bəri maliyyələşdirilmiş 17 997 ipoteka kreditinin 13 204-u Bakının payına düşüb. Xanlar, Oğuz, Balakən, Sabirabad, Ucar, Ağcabədi, Salyan və Şərur rayonları isə 10 ildə cəmi 1 dəfə ipoteka krediti ala biliblər. Bu isə ipoteka kreditləri paylaşdırılan zaman regional balansın gözlənilmədiyindən xəbər verir. Hətta rəsmi rəqəmlər də göstərir ki, fond qısa zamanda adi ipoteka kreditlərinin bərpa edilməsi üçün yeni maliyyə mənbələri axtarmalıdır”- o qeyd edib.
Mürtəza
Gununsesi.info