“İnter” sərxoş futbolçusunu cərimələyib

  • By admin
  • 13 İyul 2020 22:37

“İnter” yarımmüdafiəçisi Marselo Brozoviçi cərimələyib.

Gununsesi.org-un məlumatına görə, buna səbəb 28 yaşlı futbolçunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub.

Polis tərəfindən saxlanılan Xorvatiya millisinin üzvünün sürücülük vəsiqəsi də itib. “Neradzurra” bu davranışına görə, onu 100 min avro məbləğində cərimələyib. Ancaq məşqçilər korpusu futbolçunu əvəzedici heyətə göndərmək cəzasının artıq olduğunu hesab edib.

Qeyd edək ki, Marselo Brozoviç 2015-ci ildən “İnter”in formasını geyinir.

 

 

Gununsesi.org