“İnsanlıgımı heç bir zaman siyasətə,vəzifəyə qurban vermədim…” - SABİQ DEPUTAT ARTIQ PSİXOLOQLUQLA MƏŞĞUL OLUR

  • By admin
  • 18 Yanvar 2017 20:58
GULER
Uzun illər uşaq hüquqlarının müdafiəsi ilə məşğul olub…Eyni zamanda, 90-cı illərdən siyasətə atılıb, qısa zamanda aktivliyi ilə fərqlənib, hətta, hakim partiyanın təmsilçisi kimi, 2000-2012-ci illərdə deputatlıq fəaliyyəti göstərib…Hazırda isə öz peşəsi-psixoloqluqla məşğul olmağa qərar verib. Söhbət sabiq deputat Gülər Mikayıl qızı Əhmədovadan gedir.
Gununsesi.info-ya müsahibəsində də G. Əhmədova məhz psixoloqluqdan,bu yöndəki fəaliyyətindən bəhs edib.
Onunla müsahibəni oxucuların diqqətinə təqdim edirik:
-Gülər xanım , psixoloqa adətən kimlər müraciət edir?
-Dünya yaranandan hər uğuru olan adamın, yəni, normal ailəsi , normal işi-gücü olan şəxslərin psixoloqu olub. İbtidai icma quruluşundan tutmuş müasir dövrümüzə qədər bu, belədir və dünyanın axırına kimi belə də olacaq Psixoloqa adətən intellekti, ağlı olan adamlar müraciət edirlər.Bunun maddi vəziyyətlə heç bir əlaqəsi yoxdur. Ciddi varidatı olub panik ataklardan , evdən çıxanda qayıdıb 5 dəfə işıgı, suyu yoxlaya-yoxlaya narahat olan , liftdən ,təyyarədən qorxan , əziyyət çəkən insanlar var. Halbuki bir kostyuma verdiyi pulla rahat həyata dönə bilərdi . Amma bilgisi yoxdur və ömrünün sonuna kimi əziyyət çəkəşək və el dili ilə desək , “yediyi, içdiyi zəhər olacaq”.
-Sizcə psixoloq hansı hallarda kömək edə bilər?
-Barmagınızı mətbəxdə bıçaq kəssə, neyləyəcəksiniz ? Yod sürtərsiniz,bir tənziflə baglayarsınız .Bunu etməsəniz, ya cox qan itirərsiniz, ya da yaranız irinləyər . Xırda bir yara sizi infeksiyadan dolayı ölümə qədər apara bilər. Qəlbinizə vurulan ən kiçik yaralar da belədir. Vaxtında yaranıza dərman etməsəniz ,ən ciddi ruh pozgunluqlarına gətirib çixara bilər. Əminəm ki, hər kəs bunu ətrafında olan insanların həyatında çox görüb.İnsanların zaman- zaman başına nəsə gəlir. Yaxınları bu həyatdan gedir, boşanırlar,nişan qaytarırlar, biznesləri çökür,qonşu- qohumla münasibətləri pozulur, işdən çıxırlar, daha nələr…Bunlar gözlə görünmür, amma sızıldayır, adamın içi qanayır, halbahal olur,gah təzyiqi qalxır, gah şəkəri… Ruhu narahat olan adam saglam ola bilərmi? Saglam olmayan adam yaxşı tələbə, yaxşı işçi , yaxşı rəhbər ,ailə başçısı ola bilərmi ?
-İnsanlar yaşamagı necə öyrənir?
-Biz yaşamagı valideynlərimizdən öyrənirik. Elə məsələ də burasındadır ki,valideynlərdən yalnız xoşbəxt olmagı öyrənmək lazımdır . Valideynin həyatında olan bədbəxtlik və ugursuz məqamlardan qaçmaq lazımdır. Hər dərdin dərmanı var..Məsələn, ömür boyu eyni məsələlərdə ugursuz olan valideynin səhvlərini təkrar etməməniz üçün sizə yollar, yöntəmlər göstərəcəyik.
-Psixiatr və psixoloq. Fərq varmı?
-Əlbəttə … Çox böyük. Psixiatr ciddi genetik əqli pozgunluqlar, psixi xəstəliklərlə məşgul olur. Psixoloq isə sizin xarakterinizə,yaşam tərzinizə,millətinizə,adət-ənələrinizə uygun olaraq qarşınıza çıxan çətinlikləri aşmaqda sizə yardım edir. Psixoloq sizi sizdən yaxşı tanıyan dostunuzdur. Siz bəzən nəyə görə bu və ya digər addımı atdıgınızı bilmirsınız.İstəmədiyiniz halda övladınızı, həyat yoldaşınızı incidirsiniz. Mehriban olmaq, can demək istədiyiniz adamı niyə acıladıgınızı başa düşmürsünüz. Biz bilirik və sizə də öyrədirik . Ümumiyyətlə, bu, çox normaldır. Hərənin öz işi var.
Mən 20 ildən artıqdır ki, maşın sürürəm, amma həmişə təmir üçün ustaya, benzin üçün yanacaqdoldurmaya gedirəm. BU, O, DEMƏK DEYİL Kİ, MƏN PİS SÜRÜCÜYƏM…
– Gülər xanım insanlar sizinlə çox tez ünsiyyətə girə bilir, dostlaşırlar. Psixoloq kimi də əlaqə yaratmaq, ünsiyyətə girmək rahatdırmı?
– Maraqlı sualdır. Bir neçə gün bundan qabaq bir güzəl məclisdə idim. Oradakı dostlarım belə bir fikir dedilər ki, çox adam vəzifədən, millət vəkilliyindən getdi, unuduldu, amma siz daha çox xalqın arasındasınız. Gənc dostlarıma cavabım bu oldu ki, mən insanlıgımı heç bir zaman siyasətə,vəzifəyə qurban vermədim. Hər şeyi yenidən qazanmaq olar…İnsanlıq getdisə gəlməz….Mənim “İnstagram” səhifəm, “Facebook” səhifəm açıqdır, telefonum,”Vatsapp”ım işləkdir. Ona görə əlçatanam, düşmənim yoxdur. Hamıya cavab verirəm…
guler
Gununsesi.info
P.S. Məlumatları yoxlamaq istədik. Məlum oldu ki, Gülər Əhmədova “Facebook”da “Guler Mikayilqizi”, “İnstagram”da isə “Guler1ahmedova” adları altında fəaliyyət göstərir…