İnquşetiyada atışma zamanı ölən və yaralananlar oldu

  • By admin
  • 16 İyun 2020 16:06

İnquşetiyanın Nazran şəhərində atışma nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, mübahisə zəminində dava-dalaş düşüb, daha sonra atışmaya keçib. Nəticədə biri polis olmaqla 3 nəfər ölüb.

Bildirilib ki, hadisə Nazran şəhərinin Altiyev inzibati rayonunda baş verib. Hadisənin səbəbi araşdırılır.

 

 

Gununsesi.org