İmamoğlu Xocalı qurbanlarını yad etdi

  • By admin
  • 26 Fevral 2020 11:13

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu Xocalı soyqırımı qurbanlarını yad edib.

Gununsesi.org  xəbər verir ki, bu barədə İmamoğlu “Twitter” hesabında yazıb.

“Xocalıda qətlə yetirilən Azərbaycan türkü qardaşlarımızı rəhmətlə anıram. Duamız odur ki, Allah bir daha belə acılar yaşatmasın”, – İmamoğlu bildirib.