İmam Hüseyn məbədinə yürüşdə 31 ölü- - YÜZLƏRLƏ YARALI

  • By admin
  • 11 Sentyabr 2019 12:18

İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseyn məbədində azı 31 nəfər həlak olub, 100 nəfərdən çox insan yaralanıb.

Gununsesi.org BBC-yə istinadən bildirir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Kərbəla əyaləti mətbuat xidmətinin sözçüsü BBC-ə bildirib ki, yüzminlərlə insanın İmam Hüseyn məbədinə yürüş mərasimi zamanı zəvvarlardan biri büdrəyərək yıxılıb və nəticədə yaranmış qarşıdurma nəticəsində onlarla insan həlak olub.

BBC Ərəbcənin bildirdiyinə görə, bu, ilk belə hadisədir.

Çərşənbə axşamı şiə müsəlmanlar dünyanın bir çox yerlərində Aşura mərasimləri keçirirlər.

Aşura nədir?

Aşura günü şiə müsəlmanları üçün vacib festivaldır və Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Hüseynin Kərbəla döyüşündə şəhid olduğu gün kimi qeyd edilir.

Aşura, İslam təqviminə görə məhərrəm ayının 10-cu günündə keçirilir.

Bəzi ölkələrdə sünni müəlmanlar isə bu gündə Nuhun gəmisini tərk etdiyi gün kimi könüllü oruc tutur və onu Musa Peyğəmbərin Allah tərəfindən xilas olunduğu gün kimi qeyd edirlər.

Şiə müsəlmanları üçün Aşura 680-ci ildə Hüseynin hazırda İraqda yerləşən Kərbəla düzündə şəhid olduğu gündür.

Həmin gün onlar mərsiyə deyir və səhnələr nümayiş etdirilər.