İlqar Məmmədov və Rüfət Səfərov saxlanılıb - DİN-dən açıqlama

  • By admin
  • 16 Fevral 2020 14:31

MSK-nın qarşısında təşkil olunan etiraz aksiyasına görə, REAL partiyasının sədri İlqar Məmmədov və keçmiş müstəntiq Rüfət Səfərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bu barədə açıqlama verib.

Gununsesi.org həmin açıqlamanı sizə təqdim edir :

“Bu gün MSK-nın binası önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiyaöncəsi REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə xəbərlər məlumatlar reallığı əks etdirmir, çünki hazıra qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib.

Ola bilər profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu da onların saxlanılması anlamına gəlməməlidir. Yeri gəlmişkən xatırladım ki, dünən xəbər verdiyimiz kimi razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq”

 

 

Gununsesi.org