İlqar Məmmədov partiyadaşlarına səsləndi- SİZİN NƏYİNİZƏ LAZIMDIR Kİ…

  • By admin
  • 16 Noyabr 2019 21:23

REAL Partiyasının sədri İlqar Məmmədov öz partiyadaşlarına çağırış edib. Gununsesi.org bildirir ki, İlqar Məmmədov onları Müsavat Partiyası daxilində baş verən proseslərə qarışmamağı tövsiyyə edib: “REAL tərəfdarları, siz Müsavat partiyasının üzvü deyilsiniz. Siz o partiyaya heç vaxt bir manat ianə verməmisiniz. Siz o partiyaya əmək sərf etmirsiniz. Müsavata səs verib nümunənizlə onu təblığ etmirsiniz. Sizin nəyinizə gərək ki, Müsavat rəhbərliyində kim qalacaq, kim qalmayacaq, kim istefa verəcək, kim verməyəcək? Miqrant qalmaqalına görə Müsavat məhv olur ya olmur – bunu ancaq Müsavatın üzvləri, onun ianə verənləri, könüllü təbliğatçiları bilər. Bu söhbətdən kənar durun. Öz gündəmimizi təbliğ edin”.

Gununsesi.org