İllər öncə “ölsə” də, bu gün ən çox ondan danışıldı - FOTOLAR / VİDEO

  • By admin
  • 24 İyun 2020 17:40

Türkiyə istehsalı olan “Aşk-ı Memnu” serialı 10 il sonra yenidən tvitterdə gündəm olub.

Gununsesi.org “Qafqazinfo”-ya istinadla xəbər verir ki, buna səbəb ekran işinin baş qəhrəmanı Bihter Ziyagilin (aktrisa Beren Saat) ölüm ildönümünün olmasıdır.

Belə ki, böyük finalın baş tutmasından illər keçsə də, serial izləyiciləri Bihteri unutmayıb və hər il 24 iyunda yaradılan “Bihter Ziyagilin anım mərasimi” iventinə qoşulub.

Sosial şəbəkə istifadəçiləri  #bihterziyagil həştaqından istifadə edib və bu, tvitterdə ən çox müzakirə olunan mövzu olub.

Qeyd edək ki, serial 2008-ci ildə Kanal D-də yayımlanıb. Beren Saat, Kıvanç Tatlıtuğ, Nebahat Çehre, Hazal Kaya, Selçuk Yöntem kimi ulduzların yer aldığı ekran işi Halit Ziya Uşaklıgilin əsərindən bəhrələnərək çəkilib.

İki sezon, 79 bölümdən ibarət, romantik-dram janrında çəkilən serialın final səhnəsi 73,7 faiz insan tərəfindən izlənilib.

Layihə Balkan yarımadası, Latın Amerikası, Uzaq Şərq, Avropa və MDB ölkələrində, Rumıniya və İspaniyada lisenziyalı şəkildə yenidən çəkilərək yayımlanıb.

 

 

 

Gununsesi.org