İlk dəfə görənlər bacı-qardaş zənn etdi

  • By admin
  • 16 İyul 2019 16:01

“Bir İstanbul masalı” serialında canlandırdığı “Çiçək” obrazı ilə ulduzu parıldayan aktrisa Yasemin Çonkanın oğlunu görənlər heyrətlərini gizlədə bilmirlər.

Gununsesi.org xəbər verir ki, aktrisa 1995-ci ildə elektrik mühəndisi Tahir Çonka ilə ailə qurub, 1997-ci ildə oğlu Sarp dünyaya gəlib.

 O, 22 yaşlı Sarp ilə fotolarını tez-tez instaqram hesabında paylaşır. Oğlunun yanında olduqca gənc görünən 47 yaşlı aktrisanın cavan qalması hər kəs tərəfindən marağa səbəb olub. Sosial şəbəkə istifadəçiləri ana-oğulun fotolarını şərh edərək onların bacı-qardaş kimi göründüklərini qeyd ediblər.





Gununsesi.org