İlham Əliyevdən Ziyad Səmədzadə ilə bağlı SƏRƏNCAM

  • By admin
  • 24 İyun 2020 16:53

Prezident İlham Əliyev Ziyad Əliabbas oğlu Səmədzadənin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Gununsesi.org bildirir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Gununsesi.org