İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

  • By admin
  • 02 Dekabr 2019 17:55

Ölkə başçısı İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

Gununsesi.org