İlham Əliyev Türkiyəyə getdi - FOTOLAR - YENİLƏNİB

  • By admin
  • 09 Oktyabr 2016 17:35

ilya-20

Azərbaycan prezidenti Türkiyəyə səfər edib.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı İstanbulda 23-cü dünya energetika konqresində iştirak etmək üçün qardaş ölkəyə gedib.

Beynəlxalq Atatürk hava limanında İlham Əliyevi İstanbul qubernatoru Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Bu gün Azərbaycan prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir. Görüş şam yeməyi çərçivəsində baş tutuacaq.

ilya-21

ilya-22

Gununsesi.info