İlham Əliyev Türkiyə millət vəkilini mükafatlandırdı

  • By admin
  • 01 Aprel 2020 17:00

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımı ordenlə təltif edib.

Gununsesi.org xəbər verir ki, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb. Sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Şamil Ayrım “Dostluq” ordeni ilə təltif edilsin.”

Gununsesi.org