İlham Əliyev karantində qalanlardan danışdı: 4500 insan…

  • By admin
  • 31 Mart 2020 17:48

“Xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilir. Hazırda 4500-ə qədər insan karantindədir”.

Gununsesi.org-un verdiyi xəbərə görə, bunu dövlət başçısı İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Ölkə başçısı bildirib ki, karantin üçün də ən əlverişli şərtlər təqdim olunub:

“Vətəndaşlar 4-5 ulduzlu otellərdə, “Atletlər kəndi”ndə, Lənkəran, Lerik, Nabran və Bakı şəhərinin otellərində, istirahət yerlərində yerləşdirilir. Xəstələrə də şərait yaradılır, ölkəmizin müxtəlif yerlərində 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamındadır”.

Gununsesi.org