İlham Əliyev İtaliyaya dövlət səfərinə gedib – FOTO

  • By admin
  • 19 Fevral 2020 18:08

Ölkə başçısı İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib.

Gununsesi.org AZƏRTAC-a istinadən xəbər verir ki, Romanın “Fiumicino” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İniqo Lambertini, bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər qarşıladılar.

Gununsesi.org