İlham Əliyev daha bir icra başçısını işdən çıxardı

  • By admin
  • 16 May 2020 15:22

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Gununsesi.org xəbər verir ki, bununla bağlı ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Nazim İsmayılov bu posta ötən ilin mayında təyin olunmuşdu. O, Saatlıdan əvvəl Sabirabadın icra başçısı idi.

 

Gununsesi.org