İlham Əliyev Azərbaycan və Rusiya əməkdaşlığı ilə bağlı fərman imzaladı

  • By admin
  • 14 Oktyabr 2019 19:57
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Gununsesi.org xəbər verir ki, fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 2019-cu il mayın 24-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılır ki, Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
Gununsesi.org