Əliyev: “Fransa münaqişənin həllində Minsk qrupunun həmsədri kimi fəal olmalıdır” - YENİLƏNİB

  • By admin
  • 12 Dekabr 2016 15:56

fransa-yeni-hamsadr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskontini qəbul edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə AZƏRTAC xəbər yayıb.

***

ATƏT-in Minsk qrupunun yeni həmsədri Stefan Viskonti Fransa Prezidenti Fransua Ollandın salamlarını dövlətimizin başçısına çatdırdı. 15 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Stefan Viskonti ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin və əldə olunan nailiyyətlərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd etdi.

Prezident  Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında Fransanın Minsk qrupunun həmsədri kimi bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirdi. Münaqişənin artıq uzun illərdir ki, davam etdiyini vurğulayan dövlətimizin başçısı Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə öz həllini tapmasında ölkəmizin maraqlı olduğunu bir daha vurğuladı.

İlham Əliyev Prezident Fransua Ollandın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş etdi.

Gununsesi.info