İbrahim Tatlısesin yeni sevgilisi üzə çıxdı - VİDEO

  • By admin
  • 28 İyun 2020 20:56

İbrahim Tatlıses uzun müddətdən sonra axtardığı sevgisini tapa bilib. Ailə həyatında bəxti gətirməyən türkiyəli ulduz nəhayət ki, Bodrumda keçirdiyi yay tətilində sevgilisi ilə kameralar önünə keçib.

Gununsesi.org-un Hürriyet.com-a istinadla məlumatına görə, Tatlısesin yeni sevgilisi Gülçin Karakayadır. Uzun zamandır eşq yaşadıqları deyilən cütlük əyləncəli anlarını bölüşüb.

68 yaşında yeddi övlad, doqquz nəvə sahibi olan Tatlısesin üçüncü dəfə nikah masasına oturub-oturmayacağı maraq mövzusuna çevrilib.

Gununsesi.org