Hülya Avşar yatağa girdi, qarşılığını artıqlamasıyla aldı - BUNA GÖRƏ 1 MİLYON QAZANDI

  • By admin
  • 16 May 2017 11:06

hulya

İllərdir səhnədə olan müğənni Hülya Avşar əvvəllər serial və filmlərlə pul qazanırdısa, indi reklamlara çəkilir. 

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, müğənni yataq şirkətlərindən birinin reklam çarxına çəkilib.

70 nəfərlik işçi ilə ərsəyə gələn reklamdan Hülya 1 milyon lirə qazanıb. O, yataqda yoqa hərəkətləri edib.

Qeyd edək ki, daha əvvəl tualet kağızı, ayaq kremi, uşaq bezi və kola reklamında oynayan Avşar 2015-ci ildə qızı Zehra ilə bir tikinti firmasının təqdimatı üçün kamera qarşısına keçib.

Qızıyla oynadığı və olduqca səs gətirən reklam filmindən 1 milyon 250 lirə alan sənətçi 250 min lirəni qızına verib.

Gununsesi.info