Hollivud ulduzu tərzini dəyişdi - FOTOLAR

  • By admin
  • 18 May 2017 13:56

miley1

Çılğın xarakteri və həyat tərzi ilə hər zaman mediyanın gündəmində olan Miley Kruz keçmiş sevgilisi ilə barışdıqdan sonra tərzini dəyişib. O, eyni zamanda yeni albom da çıxarıb.

Miley Kruz bir müddət əvvəl uşaqlıq illərindən bəri çalışdığı “Disney Channel”də saç modelindən tutmuş geyim tərzinə qədər hər şeyə başqalarının qərar verdiyini açıqlamışdı. O, həmin zamanlarda zorla salındığı qəliblərdən çıxmaq üçün əsaslı dəyişikliklər etmişdi. Kruz bu şəkildə bir az qəribə görünsə də, özü halından məmnun idi. O, qeyri-adi geyimlər geyinir, hətta narkotik istifadəçisi olduğunu açıq etiraf edirdi.

Daha sonra Miley Kruz uşaqlıqdan birlikdə çalışdığı nişanlısı Liam Hemsvortdən ayrıldı. Buna Liamın xəyanəti səbəb olmuşdu. Bu ayrıldıqdan çox təsirlənən Hollivud ulduzu bütün tərzini dəyişdi.

İllər sonra keçmiş sevgilisi ilə barışan Kruzun əvvəlki çılğınlığı yenidən geri qayıdıb. O, hətta geyim tərzini də dəyişib. Saçlarını uzadan ulduzun görüntülərinə baxdıqda onun artıq sadəliyə üstünlük verdiyi bəlli olur. O,  həmçinin, narkotik vasitələrdən istifadəni tərgitdiyini də açıqlayıb.

miley2

 

miley3

 

miley9

 

miley8

 

miley7

 

miley4

 

miley5

 

miley6

Gununsesi.info