Hökumət təhsil, sosial müdafiə, səhiyyə, elm xərcləri azaltdı, MÜDAFİƏ VƏ TİKİNTİ İSƏ ARTIRDI

  • By admin
  • 17 Noyabr 2016 16:29

maliyye

Maliyyə Nazirliyi dövlət büdcəsini Milli Məclisin müzakirəsinə çıxarmadan layihəyə dəyişikliklər etdi.

Gununsesi.info Maliyyə Nazirliyinə istinadən bildirir ki,  dövlət büdcəsininümumi xərcləri və gəlirlərində dəyişiklik edilməsə də, daxili bölmələrdə müəyyən qədər əl gəzdirilib.

Qeyd edək ki, gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat proqnozlaşdırılıb.

İqtisadçı-ekspert Rövşən Ağayev köhnə variantla müqayisədə yenilənmiş versiyada əsas dəyişiklikləri göstərib.

Yenilənmiş büdcədə azaldılan xərclər:

1.Dövlət borcuna xidmət xərcləri -127 milyon manat;

2.Elm xərcləri – 6.8 milyon manat;

3.Naxçıvana dotasiya -11 milyon;

4.Hüquq mühafizə xərcləri – 19 milyon manat;

5.Təhsil xərcləri – 126 milyon manat;

6. Səhiyyə xərcləri – 30.4 milyon manat;

7.Sosial müdafiə xərcləri – 64.7 milyon manat;

8.Mədəniyyət-incəsənətxərcləri – 19.5 milyon manat;

9.İdman xərcləri – 201 milyon manat;

10.Kənd təsərrüfatı xərcləri – 305.5 milyon manat.

11.Sahibkarlığa dəstək – 102 milyon manat;

12.Əsas bölmələrə aid edilməyən xidmətlər – 633.3 milyon manat.

Artırılan xərclər

1.Müdafiə xərcləri 1.027 milyard manat

2.Tikinti xərcləri – 639 milyon manat;

“Ümumilikdə ilkin variantla müqaysiədə 15-dək bölmə, köməkçi bölmə və paraqraf üzrə xərclər 1.7 milyard manata yaxın azaldılaraq 2 funksional istiqamət üzrə xərclər həmin həcmdə artırılıb”- deyə R.Ağayev qeyd edib.

VüsaləRüstəmova

Gununsesi.info