Hökümət məcburi köçkünləri “çörəkpulu”suz qoydu - (EKSKLÜZİV)

  • By admin
  • 13 Yanvar 2017 17:29

ali-hasanov-bas-1

Bu dəqiqələrdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun əmrinə əsasən “çörəkpulu” alan  məcburi köçkün ailələriylə bağlı yeni qərarlar qəbul edilib.

Gununsesi.info-nun əldə etdiyi məlumatda  bildirilir ki,  həmin qərara görə, artıq işləyən məcburi köçkünlər dövlətin onlara ayırdığı “çörəkpulu”ndan- 18 manat 15 qəpik  məbləğində vəsaitdən məhrum ediliblər.

Bundan başqa məcburi köçkünlərə  kommunal xərclərə görə, dövlərin ayırdığı vəsait və  nəzərdə tutulan imtiyazlar da ləğv edilib.

Qeyd edək ki, indiyədək həmin kommunal xərcləri    Qaçqın və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsi aidiyyatı üzrə “Azəriqaz”a və “Azərişıq”a ödəyidi.

Mənbənin verdiyi məlumata görə, bütün bunların əvəzində məcburi köçkünlərə cəmi 10 AZN əlavə yardım veriləcək.

Gülnaz Qənbəri

Gununsesi.info