Hindistanla Pakistan arasındakı Kəşmir bölgəsində silahlı insident baş verdi - 13 ÖLÜ

  • By admin
  • 20 Oktyabr 2019 16:49
Hindistanla Pakistan arasındakı Kəşmir bölgəsində silahlı insident baş verib.
Gununsesi.org xəbər verir ki, Kəşmirin Hindistanın nəzarətində olan bölgəsindən Pakistanın nəzarətindəki bölgəyə atəş açılıb.
Pakistan ordusunun cavab atəşi ilə Hindistanın 9 əsgəri öldürülüb, çox sayda əsgər yaralanıb. Pakistan tərəfdən isə 4 hərbçi həlak olub, 7 nəfər yaralanıb.
Gununsesi.org