“Hindistanın prezidentinin oğluna “yox” dedim” - Xalq artisti

  • By admin
  • 06 İyun 2019 19:10

Xalq artisti Elmira Rəhimova “Hər şey daxil” verilişində qonaq olub. 

Gununsesi.org xəbər verir ki, ifaçı şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib:

“Hindistanın prezidentinin oğlu mənə evlilik təklif etmişdi, lakin razı olmadım. Elə bilirdim ki, məni sınayırlar. Onlara dedim ki, buraya dərs oxumağa gəlmişəm, ərə getməyə yox”.

Qeyd edək ki, E. Rəhimova 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir.