Hindistanda etiraz edən müsəlmanlar öldürüldü

  • By admin
  • 25 Fevral 2020 15:03

Hindistanın paytaxtı Yeni Dehlidə davam edən etirazlar zamanı biri polis olmaqla 7 nəfər həlak olub.

Gununsesi.org BBC-yə istinadən xəbər verir ki, Hindistanda vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklər kütləvi iğtişaşlara səbəb olub.

ABŞ Prezidenti Donal Trampın rəsmi səfəri ərəfəsində şiddətli şəkildə davam edən aksiyalarda 48-i polis olmaqla 150 nəfər yaralanıb.

 Qeyd edək ki, etirazlara səbəb qanunda edilən dəyişikliklərdə müsəlmanlara qarşı yol verilən ayrı-seçkilik olub. Belə ki, yeni qanuna əsasən müsəlmanlar istisna olmaqla, qonşu ölkələrdən qanunsuz yolla gəlmiş miqrantlar sadələşdirilmiş qaydada vətəndaşlıq ala biləcəklər. Bu qərar müsəlman əhali tərəfindən qəzəblə qarşılanıb.

Gununsesi.org