Hindistanda avtobusda yanğın, 4 məktəbli öldü

  • By admin
  • 16 Fevral 2020 19:44

Hindistanın Pəncab ştatında məktəbliləri daşıyan avtobusda baş verən yanğın nəticəsində 12 uşaqdan 4-ü həyatını itirib.

Gununsesi.org-un “TASS”a istinadən məlumatına görə, sürücü hadisə yerindən qaçıb. Uşaqlara yolda duran insanlar köməklik göstərib. Onlar yanan nəqliyyat vasitəsindən səkkiz uşağı çıxara bilib.

Faciənin səbəbləri hələlik məlum deyil. Polis araşdırma aparır, qaçan sürücü axtarılır.

 

Gununsesi.org