Hikmət Hacıyev evdə müalicə olunacaq şəxslərlə bağlı açıqlama verdi

  • By admin
  • 30 İyun 2020 18:31

“Ev şəraitində müalicə olunacaq yüngül simptomlu xəstələrə dövlət tərəfindən yardım paketlərinin hazırlanmasına dair fikir mübadiləsi aparılır”. 

Gununsesi.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, vətəndaşların çətin vəziyyətdə psixoloji durumları da nəzərə alınaraq, bu xəstələrə sosial yardım paketlərinin hazırlanması istiqamətində danışıqlar gedir.

 

Gununsesi.org